Saç gurlaşdıran maskalar

hair mask

Saç gurlaşdıran maskalarla xəyalını qurduğunuz gur saçlara “xoş gəldin” deyə biləcəksiniz. Əsasən saç tökülməsi problemi olan və seyrək saçdan şikayət edənlər bu maskalardan faydalana bilərlər. Bu üç maska ilə saçlarınız daha gur, daha dolğun və daha güclü bir hal alacaq.

Oxumağa davam et

Advertisements

Saç üçün maskalar

Qışda orqanizmimizin davamlı stress keçirməsi saçımızın vəziyyətində özünü göstərir.Belə ki, qış fəslində saç üçün əsas təhlükə kəskin temperatur dəyişikliyidir. Şaxtalı havada baş dərisində qan dövranı ləngiyir, buna görə də saç yaxşı qidalanmır.Qızdırılan məkanlarda isə hava çox quru olduğundan tükün içliyi tez qururyur.Saçı daha çox zədələnmədən qorumaq üçün saçın tipinə uyğun gələn yumşaq şampundan istifadə etmək lazımdır.

Saçımızın sağlamlığı bizim qidalanmağımızdan asılıdır. Buna gorə ən  yaxşısı turş süd maskasıdır. Turşumuş südü və qatığı atmayın. Başınızı yumazdan yarım saat əvvəl saçınızın dibnə sürtün.

Quru saç üçün maska

1 x.q gənəgərçək yağı

1 x.q. zeytun yağı

1 ç.q. quru saç üçün şampun

Qarışımı saçınızın dibinə çəkib isti dəsmalla bağlayın. 2 saatdan sonra şampunla yuyun.

Yağlı saçlar üçün maska

Yumurta sarısı

1 ç.q. bitki yağı

3-4 damcı gənəgərçək yağı

Saçınıza çəkib 20 dəqiqədən sonra yuyun.

Yorğun saç üçün maska

1 x.q. çobanyastığını 0.5 st suda dəmləyin. Məhlulu tənzifdən süzün. Çiçəklərə 1 x.q. jojoba (innab) yağı, 0.5 ç.q  bitki yağı əlavə edin. Yaxşıca qarışdırın, saçın bütün uzunluğu boyu yaxın. 7-10 dəqiqədən sonra şampunla yuyun.

Nəmləndirici maska

Yağlı, şirin olmayan yoğurt

2-3 x.q avakado yağı

Bu maskanı 3 saat saxladıqdan sonra yuya bilərsiniz.