Gəlmiş-keçmiş ən yaxşı 5 ətir

PicMonkey Collage

Ətir hər bir qadının sevdiyi, çox istifadə etdiyi, hətta xarakterini yansıdan bir kosmetik vasitədir.

Oxumağa davam et

Advertisements

Ətir necə seçilməlidir?

Saça və dəri tiplərinə müvafiq ətirlərin seçilməsi mümkün deyildir. Çünki  bizim gündəlik rasionumuzda tez-tez dəyişikliklər baş verir. Buna görə də hər qadın onun xoşladığı və intuisiyasına, zövqünə uyğun ətri seçə bilər. Yaxşı ətir  seçimi etmək üçün parfümeriya mağazasına səhər getməniz məsləhətdir. Çünki iylər səhər daha yaxşı hiss edilir. Öncə çiçək, ədviyyat və ya meyvələrin qoxusunu verən ətir almaq istədiyinizi müəyyənləşdirin. Ətri dərinizin təmiz və ya ətir olmayan hissəsinə vurun. Ətir qabının başını və ya onun qapağını iyləməyin, çünki iylədiyiniz bu qoxu real deyildir. Siz bu zaman ətri yox, alkoqolun qoxusunu alacaqsız. Həmçinin, ətri kağız üzərinə vurmaqla yox, dərinizdə yoxlasanız yaxşı olar.

Ətri vurarkən çox tünd iyi gəlirsə, bu ətir dəyişkəndir, tez buxarlanır, iyi çox qalmır. Az iyi gələn ətirlər yaxşı təsirə malikdir. Onlar çox uzunmüddətlidirlər. Bəzilərinin iyi 20 dəqiqədən 2 saata kimi sürür. Əgər siz artıq hansı ətri alacağınıza qərar vermisinizsə, o zaman ən kiçik qablı olanı seçin. Ətirlərin son istifadə tarixi adətən istehsal tarixindən etibarən üç ilə qədərdir. Hətta əgər siz tez-tez ətirlərinizdən istifadə etmirsinizsə, onların iyi dəyişə bilər.

Qadın ətirlərinin iyi adətən kişi ətirlərinin iyi kimi güclü olmur. Çünki kişilərdə tər ifrazatı daha çox olur. Ətirdən istifadə insanın bədən qoxusuna, şəxsiyyətinə uyğun olmalıdır.

 Ətri yoxlamaq və seçmək üçün diqqət ediləcək qaydalar:

Qayda 1:

Eyni ətir müxtəlif adamlarda heç vaxt eyni qoxuya malik deyildir. Buna görə də kimdəsə bəyəndiyiniz ətri seçməyin. Ətir hər adamın bədən xüsusiyyətinə fərqli şəkildə qarşılıqlı təsir göstərəcək.

Qayda  2:

Qoxu ətirlə bədəninizin iyinin kombinasiyasıdır. Öncə ətiri biləyinizə vurun və iyini yoxlamazdan əvvəl ətrin sizin dərinizin xüsusiyyətlərinə uyğunlaşması və qarışması üçün 10 dəqiqə gözləyin.

Qayda 3:

Eyni zamanda yalnız 3 və ya 4 ətrin iyini yoxlaya bilərsiniz, daha çoxunu yoxlasanız, sizin iybilmə qabiliyyətiniz zəifləyəcək və düzgün seçə bilməyəcəksiniz. Bunun qarşısını almaq üçün ətir nümunələrini yoxlayarkən kofe iyləmək kömək edə bilər. Bu, sizin iybilmə qabiliyyətinizi təzələyir.

Qayda  4:

Ətirləri yoxlayıb seçərkən ətir qarderobunuzu inkişaf etdirməyi düşünün. Ətir qarderobu geyim qarderobuna bənzəyir. Burada müxtəlif mövsümlər, vəziyyətlər və əhval-ruhiyyəyə uyğun ətir olmalıdır. Bunların hər birinə uygun gələn gündəlik, gecə və romantik ətir növləriniz olmalıdır. Gecə ətirləri adətən daha güclü və yağlı olur. Tərkibi belə yağlı olan ətir Eau de Parfum adlanır və daha davamlıdır. Gündəlik istifadə üçün isə yüngül gül qoxulu ətir seçilməldir.

Qayda  5:

Ətirlərə qoxu verən ətir yağlarıdır. Ətir seçərkən onun kateqoriyasını yoxlayın. Ətir yağının konsentrasiyası nə qədər yüksək olarsa, ətirin iyi də o qədər uzun müddət davam edəcək.

Ətir kateqoriyası, tipik ətir yağının tərkibi.

Üz qırxma 0.5%, 2.0%

Odekolon 3.0%, 5.0%

Eau de Toilette 5.0%, 8.0%

Eau de Parfum 8.0%, 15.0%

Parfum 15.0%, 30.0%

Ətrin yaxşı və ya pis olmasını təyin edən onun tərkibidir. Tərkibi yaxşı olan ətir kiçik qabda olsa belə, qiyməti baha ola bilər. Düzgün seçim edin. Yayda ətirlər sizi təravətləndirərkən, qışda da qoxusu ilə sizi daha da cazibədar edir.