Dırnaqları necə möhkəmləndirmək olar

d;rnaqlar

Dırnaqları necə möhkəmləndirmək lazımdır? Dırnaqların möhkəm və parıltılı olması üçün nə etmək lazımdır? Bu kimi suallar qadınları çox narahat edir! Çünki dırnaqlar da qulluq edilmiş gözəl saçlar kimi zərif cinsin nümayəndələrinin qürurudur.
Əslində dırnaqları möhkəmləndirmək olduqca asandır, sadəcə aşağıdakı məsləhətlərə riayət etmək kifayətdir:
1. Tərkibində biotin olan BAD (bioloji aktiv əlavələr) qəbul edin. Biotin çatışmamazlığı nəticəsində dırnaqlar kövrəlir, qırılır. Siz dırnaqlara qulluq etmək üçün tərkibində xüsusi komponentlər olan dərmanlar qəbul edə bilərsiniz.

d2

2. Müntəzəm olaraq, dırnaqlarınıza massaj hərəkətləri ilə zeytun, ayı pəncəsi yağı çəkin. Belə massaj qan dövranını stimullaşdırır, nəticədə, dırnaqlar sürətlə uzanır. Bunu həftədə bir neçə dəfə edə bilərsiniz.
3. Dırnaq boyasını (lak) tərkibində qidalandırıcı komponentlər olan maye ilə silin.
4. Dırnaqlarınızı didməyin, qırmayın. Əgər bu vərdişdən əl çəkə bilmirsinizsə, aptekdən dırnaqlar üçün acı dadlı xüsusi boya alın.
5. Təmizlik işləri etdikdə, qab-qacaq və paltar yuduqda qoruyucu əlcəkdən istifadə edin. Xlorlu su ilə çox təmasda olmaq dırnaqlara və əl dərisinə olduqca pis təsir edir.

d

6. Unutmayın ki, düzgün şəkildə qidalandıqda, vitamin və minerallar (vitamin A və E, kalsium və dəmir) qəbul etdikdə dırnaqlar və saçlar möhkəm və parıltılı olur. E vitamini hüceyrələri oksigenlə zənginləşdirir, dırnaqların uzanması sürətlənir. Əgər dırnaqlarınız quru, zəif və qırılandırsa, rasionunuzu mütləq dəyişin. Dırnaqlar bir çox çətin qarşısı alınan mənfi faktorlar nəticəsində qırılır, möhkəmliyini itirir. Lakin əgər siz yuxarıdakı məsləhətlərə riayət etsəniz, dırnaqlarınız və saçlarınız güclü gözəl olacaqdır. 
Dəbli xanımlar üçün qeyd: dırnaqlara çox böyük təsiri dırnaq boyaları edir, ona görə də məşhur markaların boyalarından istifadə etməyiniz gərəklidir.

Advertisements

Dırnaqları necə möhkəmləndirmək olar” üzərinə bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma